Azərbaycan Respublikasında əqli mülkiyyət hüquqları müəlliflik hüquqlarını və əlaqəli hüquqları, habelə patent predmetlərini o cümlədən ixtiraları, sənaye nümunələrini, faydalı modelləri, ticarət nişanlarını və coğrafi göstəricilərini ehtiva edir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi patentlərin verilməsi və ticarət nişanlarının qeydiyyatı üzrə məsul dövlət orqanıdır. Bundan başqa, müxtəlif əqli mülkiyyət hüquqlarının obyektindən asılı olaraq onların qeydiyyatı və mühafizəsi qaydalarıda müxtəlifdir. Azərbaycan Republikası əqli mülkiyyətin qorunması üzrə bir sıra beynəlxalq müqavilələrə qoşulmuşdur: Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edilməsi üzrə Konvensiya, Sənaye nümunələrinin müdafiəsi üzrə Paris Konvensiyası, Markaların Beynəlxalq Qeydiyyatı haqqında Madrid Sazişi, Madrid Protokolu, Patent üzrə Əməkdaşlıq haqqında Saziş, Avrasiya Patent Konvensiyası, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İfa və Fonoqramlar haqqında Sazişi və Dünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüquqları haqqında Sazişi.
Aşağıda sadalananlar üzrə qeydiyyat və mühafizə xidmətlərini təklif edirik:
- Müəllif hüquqları
- Ticarət nişanları;
- İxtiralar;
- Sənaye nümunələri;
- Patentlər və faydalı modellər;
- Coğrafi göstəricilər;