Skip to content
  • +994 50 241 55 11
  • [email protected]
  • Bazar ertəsi - Cümə . 9:00 - 18:00
  • en
  • az
Linkedin Facebook Instagram Telegram Youtube
Ödənişsiz xidmət
  • en
  • Haqqımızda
  • Xidmətlər
    • Biznes hüququ məsləhətləri & Investisiya
    • Maliyyə & Mühasibatlıq
    • Firma yaradılması & Lisenziya
    • Əqdlər & Müqavilələr
    • Əmək hüququ & Miqrasiya
    • Tender & Təchizat hüququ
    • Tikinti & Daşınmaz əmlak
    • Apostil Təhsil məsləhətləri
    • Mübahisələrin həlli & Borcların toplanması
    • Ailə və Nikah hüququ & Aliment
    • Əqli Mülkiyyət hüquqları
    • Gömrük & Nəqliyyat hüququ
  • Xəbərlər
  • Məlumatlandırma
  • Heyətimiz
  • Bizə qoşulun
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Xidmətlər
    • Biznes hüququ məsləhətləri & Investisiya
    • Maliyyə & Mühasibatlıq
    • Firma yaradılması & Lisenziya
    • Əqdlər & Müqavilələr
    • Əmək hüququ & Miqrasiya
    • Tender & Təchizat hüququ
    • Tikinti & Daşınmaz əmlak
    • Apostil Təhsil məsləhətləri
    • Mübahisələrin həlli & Borcların toplanması
    • Ailə və Nikah hüququ & Aliment
    • Əqli Mülkiyyət hüquqları
    • Gömrük & Nəqliyyat hüququ
  • Xəbərlər
  • Məlumatlandırma
  • Heyətimiz
  • Bizə qoşulun
  • Əlaqə

Əqdlər və Müqavilələr

Mülki hüquq sahibkarlıq subyektlərinin hüquqi statusunu, mülkiyyət hüququnu və əmlakla bağlı digər hüquqları, onların həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və öhdəlik hüquqlarını tənzimləyir. Azərbaycan Respublikasının Mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəllədən, digər qanunlardan və bu qanunlar əsasında qəbul edilmiş qanun qüvvəli aktlardan ibarətdir.

Ümumqəbuledilmiş beynəlxalq prinsiplər və beynəlxalq hüququn normaları, beynəlxalq müqavilələr hüquq sisteminin ayrılmaz tərkib hissəsidir və əksər hallarda yerli qanunvericilikdən daha üstün qüvvəyə malikdir.

Qanunla başqa hal nəzərdə tutulmayıbsa, mülki hüquqla müəyyən edilmiş qaydalar xarici fiziki şəxslərə, vətəndaşlığı olmayan şəxslərə və xarici hüquqi şəxslərə də şamil edilir.

Yuxarıda ifadə edilən halları nəzərə alaraq qeyd edilməlidir ki, şirkətin güclü və ixtisaslı müqavilə hüquq qrupuna malik olmasına baxmayaraq kənar mütəxəssislərin də dəstəyi önəm kəsb edir.
Bununla əlqədar aşağıdakı xidmətləri təklif edirik:

Müqavilələrin idarə olunması – şirkətin əməliyyat və maliyyə göstəricilərini maksimum dərəcədə artırmaq üçün müqavilələrin effektiv idarə edilməsi, maliyyə risklərinin azaldılması üzrə bu sahəyə aid addımların atılması;

Dövlət satınalma müqavilələrinin idarə olunması – Azərbaycan Respublikasının müvafiq satınalma təşkilatı ilə hər hansı hüquqi şəxs arasında müqavilə bağlanması (ictimai bina tikintisi, infrastruktur və avtomagistral tikintisi və s.) üzrə xidmətlər;

Əlavələr və dəyişikliklərin idarə edilməsi – müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərə əlavə edilməsi, çıxarılması, dəyişdirilməsi, öhdəliklərin azaldılması və sənədləşdirilməsi;

Müqavilə üzrə danışıqlar – müvafiq qarşı tərəflə kommersiya danışıqlarının aparılması və şirkətin / müştərilərin bu sahədə maraqlarının qorunması;

Sənədlərin idarə edilməsi – əmək müqaviləsi bağlanmasından öncə olan mərhələdə, müqavilə bağlanması mərhələsində, müqavilə bağlandıqdan sonra olan dövrdə sənədləşmə işinin düzgün təşkil edilməsi, müqavilə qovluğunun formalaşdırılması, arxivləşdirmənin təşkili;

Risklərin idarə edilməsi və uyğunluq – bir təşkilatın hədəflərinə nail olması, qeyri müəyyənliyin aradan qaldırılması, inteqrəolunmuş fəaliyyətin həyata keçirilməsinin təmin edilməsi;

Müqavilələrin auditi – məsul firmanın, onun podratçısının, müqavilə üzrə ödəlikləri düzgün yerinə yetirməsinin, bu istiqamətdə zəruri qaydalara prosedurlara riayət etməsinin yoxlanması;

Müqavilə üzrə mübahisələrin idarə edilməsi – geri ödəniş, mübahisə və pretenziya prosesinin idarə edilməsi;

Müqavilə öhdəliklərinin yekunlaşdırılması – Müqavilə öhdəliklərinin icrasının yekunlaşdırılmasının təmini, bunun üçün planlama, hesabat, təhvil təslim, yekun ödəniş, öhdəlik ötürülməsi və ya azadolma, zəmanət, qarantiyalar, habelə, icraçılarının qiymətləndirilməsi;

Sosial şəbəkələrdə paylaşmaq imkanı

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Biz Sizi olduğunuz yerdə qarşılayacağıq və xidmətlərimizlə biznesinizin yüksəlişi üçün çalışacağıq.

Əlaqə

  • Azərbaycan Respublikası, Bakı şəhəri, Nəriman Nərimanov rayonu. Koroğlu Rəhimov küçəsi ev 4, mənzil 10
  • +994 50 241 55 11
  • [email protected]
Linkedin Facebook Instagram Telegram Youtube

Yararlı Linklər

Baş səhifə
Haqqımızda
Xidmətlər
Heyətimiz
Bizə qoşul
Əlaqə

All rights reserved ©

Site by

Ödənişsiz xidmət

Müraciətiniz üç iş günü ərzində cavablandırılacaqdır.
Lakin, sorğunuza dərhal baxılması üçün bizə bir başa zəng edə bilərsiniz.

WHATSAPP
ZƏNG ET