Skip to content
  • +994 50 241 55 11
  • [email protected]
  • Bazar ertəsi - Cümə . 9:00 - 18:00
  • en
  • az
Linkedin Facebook Instagram Telegram Youtube
Ödənişsiz xidmət
  • en
  • Haqqımızda
  • Xidmətlər
    • Biznes hüququ məsləhətləri & Investisiya
    • Maliyyə & Mühasibatlıq
    • Firma yaradılması & Lisenziya
    • Əqdlər & Müqavilələr
    • Əmək hüququ & Miqrasiya
    • Tender & Təchizat hüququ
    • Tikinti & Daşınmaz əmlak
    • Apostil Təhsil məsləhətləri
    • Mübahisələrin həlli & Borcların toplanması
    • Ailə və Nikah hüququ & Aliment
    • Əqli Mülkiyyət hüquqları
    • Gömrük & Nəqliyyat hüququ
  • Xəbərlər
  • Məlumatlandırma
  • Heyətimiz
  • Bizə qoşulun
  • Əlaqə
Menu
  • Haqqımızda
  • Xidmətlər
    • Biznes hüququ məsləhətləri & Investisiya
    • Maliyyə & Mühasibatlıq
    • Firma yaradılması & Lisenziya
    • Əqdlər & Müqavilələr
    • Əmək hüququ & Miqrasiya
    • Tender & Təchizat hüququ
    • Tikinti & Daşınmaz əmlak
    • Apostil Təhsil məsləhətləri
    • Mübahisələrin həlli & Borcların toplanması
    • Ailə və Nikah hüququ & Aliment
    • Əqli Mülkiyyət hüquqları
    • Gömrük & Nəqliyyat hüququ
  • Xəbərlər
  • Məlumatlandırma
  • Heyətimiz
  • Bizə qoşulun
  • Əlaqə

Maliyyə və Mühasibatlıq

Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş yerli hüquqi və fiziki şəxslər (rezidentlər), nümayəndəliklər və xarici şirkətlər (qeyri rezidentlər) və onların Azərbaycan Respublikasındakı törəmə müəssisələri (filialları) muhasibat uçotlarını Azərbaycan Respublikasının mühasibat uçotu qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Bu isə öz növbəsində məcburi və ciddi intizama malik hesabat planının qurulmasını və aparılmasını nəzərdə tutur və bu hal daimi mühasibatlıq xidmətlərinin təşkilini zəruri edir.

“Mühasibat uçotu haqqında” qanuna əsasən xüsusi meyarlara cavab verən büdcə təşkilatları, kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları və kommersiya təşkilatlarının daxil olduğu bütün əhəmiyyətli qurumlar Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (IFRS) subyektləridirlər və ona tabedirlər. Digər təşkilatlar (kiçik sahibkarlıq subyektləri istisna olmaqla) isə öz seçiminə əsasən ya IFRS və ya Milli Mühasibat Uçotu Standartları əsasında öz işlərini təşkil edə bilərlər. Kiçik özəl müəssisələr də öz növbəsində Milli Mühasibat Uçotu Standartları və ya digər mühasibat metodları arasında seçim etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasında vergitutma ilə bağlı münasibətlər Vergi Məcəlləsi və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Vergi Məcəlləsi vergi rejimini müəyyənləşdirir və vergitutma qaydalarını müəyyən edir, xüsusi vergi rejimlərinin mövcudluğunu təsbit edir.

Bu kontekstdə, biznesin rəvan çalışması üçün aşağıdakı xidmətləri təklif edirik:

Mühasibatlığın təşkili – müştərinin biznesinin mühasibatlıq uçotunun aparılması, müvafiq hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;

Əmək haqqı xidməti – əmək haqqı sisteminin formalaşdırılması və işçilərin əməyinin düzgün hesablanaraq ödənməsi, işçi sayının azaldılması ilə bağlı əmək haqqı siyasətinin formalaşdırılması, bu sahədə mövcud olan ən yüksək xidmətlərin göstərilməsi;

Debitor və Kreditor idarəetməsi – bu sahədə fəaliyyətin təşkili, ödəniş planının və yığım işinin təşkili, zamanında intizamlı ödəniş aparılması, satıcılar və müştərilərlə hesabların üzləşdirilməsi;

Aktivlərin idarə edilməsi –müştəri adından müştəri vəsaitlərinin düzgün idarə edilməsi və gəlir əldə olunmasının təmini;

Vergi planlaması – həm cari və hə də gələcək vergi öhdəliklərini minimuma endirmək məqsədilə verginin planlaşdırılması;

Maliyyə prosesləri və nəzarət sistemi – müştəri komandası ilə birlikdə maliyyə proseslərinin və nəzarət sistemlərinin konsepsiyasının hazırlanması, formalaşdırılması və həyata keçirilməsi;

Fond istifadəsi və dövriyyə kapitalı – müştəriyə məsləhət verilməsi, pul vəsaitlərinin hərəkəti və əməliyyat kapitalının idarə edilməsi üzrə müştəri üçün ən son təcrübənin tətiqi, pul axınının proqnozlaşdırılması və hesablanması;

Audit, Qiymətləndirmə və Hesabatlar – müəssisənin maliyyə hesabatlarının yoxlanması, maliyyə bəyannamələrinin təqdim edilməsinin təmini, uçot sənədlərinin yoxlanılması;

Mal qalığı və ya “inventar yoxlanışı” – inventar və ya anbarda saxlanılan əşyaların miqdarının və vəziyyətinin fiziki yoxlanılması.

Sosial şəbəkələrdə paylaşmaq imkanı

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Biz Sizi olduğunuz yerdə qarşılayacağıq və xidmətlərimizlə biznesinizin yüksəlişi üçün çalışacağıq.

Əlaqə

  • Azərbaycan Respublikası, Bakı şəhəri, Nəriman Nərimanov rayonu. Koroğlu Rəhimov küçəsi ev 4, mənzil 10
  • +994 50 241 55 11
  • [email protected]
Linkedin Facebook Instagram Telegram Youtube

Yararlı Linklər

Baş səhifə
Haqqımızda
Xidmətlər
Heyətimiz
Bizə qoşul
Əlaqə

All rights reserved ©

Site by

Ödənişsiz xidmət

Müraciətiniz üç iş günü ərzində cavablandırılacaqdır.
Lakin, sorğunuza dərhal baxılması üçün bizə bir başa zəng edə bilərsiniz.

WHATSAPP
ZƏNG ET