Azərbaycan Respublikasında hüquqi şəxsin / şirkətin təsis olunması üçün çoxsaylı təşkilati hüquqi formalar mövcuddur. Standart hüquqi prosedurlar və tərcümə tələblərindən başqa xarici şirkətlər tərəfindən şirkətlərin təsis edilməsi üçün xüsusi qaydalar yoxdur. Xarici investorlar ya məhdud idarə olaraq (nümayəndəliyi və ya filialı) və ya qanunvericiliklə müəyyən edilmiş bu və ya digər təşkilati hüquqi formada hüquqi şəxs təsis etməklə fəaliyyət göstərə bilərlər.
Həm yerli həm də xarici elementli hüquqi şəxsin təsis edilməsi ilə bağlı qanunvericilikdə hər hansı fərqli qaydalar, xüsusi prosedurlar, habelə investisiya qoyuluşu ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmamışdır. Bununla belə müəyyən lisenziyalı fəaliyyətlər üçün dövlət qeydiyyatından başqa əlavə icazələr və ya razılaşdırma üzrə tələblər ola bilər.
Şirkət Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçərək bu barədə sənədləri aldıqdan sonra fəaliyyətə göstərə bilər. Hüquqi şəxslərin qeydiyyatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən aparılır. Təşkilati hüquqi formasını Məhdud Məsuliyyətli Cəmiyyət olaraq seçmiş hüquqi şəxslər onlayn formada qeydiyyatdan keçə bilərlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun hüquqi şəxsin qeydiyyat prosesini və bunun üçün tələbləri müəyyən edir.
Hüquqi şəxsin yaradılması və lisenziya alınması ilə bağlı aşağıdakı xidmətləri təklif edirik:
Təsis planlaşdırması və təşkilati struktur – uzunmüddətli vergi təsiri, qanunvericilik tələbləri kimi müxtəlif amillər nəzərə alınaraq, hər bir müəssisə növünün müsbət və mənfi tərəfinin qiymətləndirilməsi, ən uyğun hüquqi şəxs formasının seçilməsi;
Şirkət qeydiyyatı – bir pəncərə prinsipi ilə fəaliyyət göstərən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq idarəsində hüquqi şəxsin qeydiyyatı;
Birləşmə və qoşulma – Birləşmə və qoşulma strategiyasınının müəyyənləşdirilməsi, risklər və faydalar dəyərləndirilməklə bu prosesin həyata keçirilərək yekunlaşdırılması, birləşmə və qoşulma başa çatdıqdan sonra düzgün inteqrasiyanın və fəaliyyətin təmin edilməsi;
Hüquqi yoxlama – müştərinin adından şirkət paylarının yoxlanması və ya bu istiqamətdə fəaliyyət üzrə müştəriyə dəstək verilməsi;
Tərketmə strategiyasının və hüquqi varisliyin planlaması – müştərinin təsisçisi olduğu hüquqi şəxsin təsisçiliyindən çıxması və ya təsis payının tam və ya qismən satılması ilə bağlı düzgün strategiyanın müəyyən edilməsi, rəvan və risksiz tərketmənin həyata keçirilməsi üçün dəstək verilməsi;
Biznesin (və ya firmanın) alışı və satışı – biznesin alışının və ya satışının düzgün planlanması, maliyyə axının, habelə, vergi aspektlərinin dəyərləndirilməsi;
Səhmlərin və ya Payların satışı – Səhmlərin və ya Payların satışı zamanı bütün aspektlərin nəzərə alınması, potensial alıcı ola biləcək fiziki və (və ya) hüquqi şəxslərlə görüş, maliyyə hazırlığı, hüquqi prosedurların təmini və s.;