Nikah – ailə qurulması məqsədi ilə kişi ilə qadının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı orqanında qeydə alınmış ittifaqıdır.
Ailə münasibətlərinin hüquqi tənzimlənməsi zamanı bir kişi və qadının azad nikahı, ər-arvadın bərabərliyi, qarşılıqlı razılıqla məsələlərin həlli, ailədə uşaqların tərbiyəsinin prioritet olması, onların rifahı, yetkinlik yaşına çatmayanların və əlil şəxslərin hüquqlarının və maraqlarının prioritet müdafiəsi prinsipial əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikah bağlanması, nikaha xitam verilməsi, onun etibarsız elan edilməsi qaydalarını müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar) və ya digər qohumlar arasında qanunla müəyyən edilmiş hallarda və çərçivələrdə yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, həmçinin valideynlərin himayəsindən kənarda qalan uşaqların övladlığa qəbul edilməsi qaydalarını ehtiva edir.
Evlənmə və ailə münasibətlərində irqi, milli, dil və ya dini mənsubiyyət göstəricilərinə əsasən insan hüquqları sahəsində məhdudiyyətlərin hər hansı bir növü qadağandır.
Ailə hüquqları yalnız ailə üzvlərinin və digər vətəndaşların əxlaqını, sağlamlığını, hüquqlarını və qanuni mənafelərini qorumaq məqsədi ilə qanuna əsasən məhdudlaşdırıla bilər.
Bu sahədə aşağıdakı xidmətləri təklif edirik:
- Nikah münasibətləri, Nikah müqavilələri;
- Boşanma və ya nikahın ləğv edilməsi;
- Aliment halları, həyat yoldaşlarının mülkiyyət məsələləri;
- Uşağa qayğı və təminatlar üzrə iddialar;
- Ərin (arvadın) ailəyə dəstəyi məsələləri, vərəsəlik münasibətləri;
- Əcnəbilərin və ya xaricə göndərilən uşaqların hüquqları üzrə məsələlər;