Azərbaycan Respublikasında bütün işçilərin fəaliyyəti, əmək miqrasıyası və bunlarla bağlı digər bütün münasibətlər Əmək Məcəlləsi, Miqrasiya Məcəlləsi, və digər müvafiq qanunlar ilə tənzimlənir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələr (törəmə şirkətlər), filial və ya nümayəndəliklər tərəfindən işə götürülən yerli və ya xarici işçilər Azərbaycan Respublikasının əmək qanunvericiliyinə tabedir, lakin, hər hansı xarici dövlətdə əcnəbi firma ilə bağlanmış əmək müqavilələri əsasında Azərbaycan Respublikasında yerləşən filial və ya nümayəndəliklərdə çalışanlar istisnadır.
Əmək münasibətləri əmək müqaviləsi imzalandıqdan sonra deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan əmək müqavilələrinin qeydiyyatı üçün elektron məlumat bazasında qeydiyyata alınmasından sonra yaranır. Bu qayda üzrə bütün əmək müqavilələri, əmək müqavilələrinin dəyişdirilməsi və əmək müqavilələrinə xitam verilməsi barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron məlumat bazasında qeydə alınmalıdır.
Azərbaycan Respublikasında qüvvədə olan məşğulluq və əmək qanunvericiliyinə dair qaydalar işəgötürənlər qarşısında ciddi tələblər qoyur. Buna görə işəgötürənlərə bu sahədə peşəkar xidmətlərin göstərilməsi əhəmiyyət daşıyır.
Bütün bunları nəzərə alaraq aşağıdakı xidmətləri təklif edirik:
İnsan resurslarının idarə olunması – gündəlik İR və əmək haqqının idarə edilməsi, İR ilə əlaqəli zəruri sənədləşdirilmə;
İş icazəsi – əmək və digər əsaslar üzrə müvəqqəti icazə almaq;
İnvestisiya əsasında oturum icazəsinin alınması – daşınmaz əmlakın satın alınması ilə əlaqədar Azərbaycan Respublikasında yaşama icazəsinin alınması (daşınmaz əmlakın axtarışı, seçilməsi və satınalma əməliyyatları xidmətə daxil edilə bilər);
Digər əsaslar üzrə AR-da yaşama icazəsinin alınması – banka deposit yerləşdirilməsi, əmək fəaliyyəti, təhsil, ailə münasibətləri və digər əsaslar üzrə müvəqqəti qalma icazəsi alınması;
Vətəndaşlıq üzrə məsləhətlər – Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı məsləhət və dəstək vermək;
İR siyasəti və prosedurlar – yeni İR siyasətlərinin, prosedurlarının və proseslərinin həyata keçirilməsi,
habelə, bu sadalananların Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olmasının, İR siyasətləri, prosedurları və prosesləri barədə rəhbər və işçi heyətinin tanış olmasının təmin edilməsi;
İşçilərin qeydiyyatı – işdə müxətlif səbəblərdən olmamanın uçotu, intizam, şikayət və xəstəlik daxil olmaqla qeydiyyat;
İşçilərlə mübahisələrinin həlli – müştərilərin maraqlarının miqrasiya xidməti və ya məhkəmələr qarşısında təmsil edilməsi;
Təlim və inkişaf – şəxslərin və qrupların fəaliyyətinin təkmilləşdirilməsi;