Azərbaycan Respublikasının gömrük və nəqliyyat siyasəti gömrük və nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın inkişafına yönəldilmişdir. Azərbaycan Respublikasında gömrük işi ümumi qəbul edilən dünya təcrübəsi və standartları ilə harmoniya və vahidlik prinsipi əsasında inkişaf edir.
Beynəlxalq iqtisadi inteqrasiyanın inkişafı və möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası digər ölkələrlə gömrük ittifaqları təşkil edir, azad iqtisadi zonaları yaradır və beynəlxalq qanunvericilik normalarına uyğun olaraq gömrük işi ilə bağlı sazişlər bağlayır.
Prezident İlham Əliyev Bakı şəhəri, Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisini əhatə edən azad ticarət zonası tipli xüsusi iqtisadi sahə yaradılması haqqında 17 mart 2016-cı il tarixli fərman imzalamışdır. Azad ticarət zonasının ilk bir neçə ildə təxminən 1 milyard dollar gəlir gətirməsi gözlənilir. Azad ticarət zonasının ərazisində tətbiq ediləcək xüsusi vergi və gömrük siyasəti bir sıra prosedurların daha da inkişaf etdirilməsinə və sadələşdirilməsinə rəvac verəcəkdir.
Azərbaycan Respublikasının böyük həcmli yükləri qəbul etməsi və tranzit ölkə kimi göndərməsi imkanı ölkəni əhəmiyyətli nəqliyyat qovşağı mərkəzinə çevirir və inkişaf etmiş hüquqi xidmətlərin mövcudluğunu tələb edir.
Aşağıdakı xidmətləri təklif edirik:
- Yüklərin tələbi: itirilmiş, gecikmiş və ya zədələnmiş mallar;
- Mübahisələr;
- Mallar üzərində saxlama və ya həbs məsələləri;
- Bütün növ daşınma müqavilələri;
- Daşıma ilə bağlı logistic həllər;
- Nəqliyyat vasitələrinin alınması, satışı və maliyyələşdirilməsi;
- Dəniz sığortası və təkrar sığorta (yük, gövdə və peşəkar məsuliyyət);