Azərbaycan Respublikasında Daşınmaz Əmlak sektoruna investisiya qoyuluşlarının (bunun əksəriyyəti Bakıda baş verən) bumu təxminən səkkiz il əvvəl beynəlxalq, eləcə də yerli şirkətlər tərəfindən böyük tikinti layihələrini gerçəkləşdirməsi ilə başladı. Zamanla daşınmaz əmlak sektorundakı yeni inkişaflar, yeni yolların, körpülərin, yol ötürücülərinin, yol genişləndirmələrinin qurulması kimi digər infrastruktur layihələri üçün də yol açdı.
Azərbaycan Respublikasının qanunvericiliyi Daşınmaz əmlakda / mülkiyyət sahəsində aşağıdakı əsas hüquqları təsbit edir: (I) sahiblik (II) istifadə / fayda götürmə (III) sərəncam (əmlaka mülkiyyət və ya digər hüquqların başqa şəxslərə köçürülməsi). Azərbaycan qanunvericiliyində bina və sənayə obyektləri və digərləri ümumilikdə “daşınmaz əmlak” anlayışı ilə ifadə edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanuna uyğun olaraq əmlaka hüququn (mülkiyyət və digər hüquqlar) yaranması, özgəninkiləşdirmə, xitam daşınmaz əmlakın reyestrin də dövlət qeydiyyatına alınmalıdır.
Qanunla başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydalar xarici fiziki şəxslərə, vətəndaşlığı olmayan şəxslərə və xarici hüquqi şəxslərlə də şamil edilir.
Yuxarıda təsvir olunan bütün məsələləri nəzərə alaraq daşınmaz əmlak və tikinti ilə bağlı məsləhət alınması zərurəti yaran bilər.
Bununla əlqədar aşağıdakı xidmətləri təklif edirik:
Lisenziyanın alınması – lisenziya tələb olunduğu üçün tikinti, layihələndirmə, texniki qulluq və lisenziya tələb edilən digər sahələr üçün;
Tikinti pasportunun hazırlanması – layihələndirmə şərtlərini (binanın adı, məqsədi, həcmi və s.), təyin edilmiş tikinti meydanı üzrə texniki məlumatları, həmçinin tikinti üçün lazım olan digər məlumatları ehtiva edən sənədlərin toplanması;
İcazələrin alınması – elektrik, qaz, torpaq, telefon xətti, yol icazələri, ətraf mühitə icazə və uyğunluq;
Müqavilələrin idarə olunması – təşkilatın əməliyyat və maliyyə göstəricilərini maksimum dərəcədə artırmaq üçün müqavilələrin effektiv idarə edilməsi, maliyyə risklərinin azaldılması üzrə bu sahəyə aid addımların atılması;
Sahədə tikinti təlimatlarının idarə olunması – baş podratçıdan göndərilən və tikinti sahəsində işləyən podratçılara yönəlmiş təlimatlarının idarə olunması;
İddiaların idarə olunması – vaxt və pula dair iddiaların idarə olunması – xəbərdarlıq müddəalarının təsiri, həmçinin əsassız iddialara qarşı müdafiənin təmin edilməsi;