Azərbaycan Respublikası cənubi Qafqazda geniş investisiya imkanları olan ölkədir və xüsusən burada xarici investisiyalar üçün cəlbedici şərtlər mövcuddur. Təsadüfi deyil ki, 1995-ci ildən bəri Azərbaycan Respublikasının iqtisadiyyatına 220 mlrd dollardan çox investisiya qoyulmuşdur və bu investisiya qoyuluşlarının yarısı ölkə xaricindən daxil olmuş investisiyalardır. Xarici investisiyaların qoyulmasına bir çox faktorlar müsbət rol oynamışdır. Bu faktorlara əsas olaraq siyasi stabillik, sürətli iqtisadi inkişaf, Avropa və Asiya arasında olan əsas nəqliyyat xətləri üzərində yerləşən və keyfiyyətli infrastruktura malik olan cöğrafi mövqedir.
Ölkə istisadiyyatı əsasən neft və qaz sektorları üzərində mərkəzləşmişdir, Azərbaycan Respublikasında əcnəbi iş adamları da əsasən bu sahədə əmək fəaliyyəti göstərirlər. Bununla belə hal hazırda Azərbayc an Respublikası höküməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində tədbirlər görülür və kənd təsərrüfatı, tikinti, təhsil, kommunikasiya və turizm sahəsinin inkişafı üçün əlverişli şərait yaradılır.
Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəri biznesin mərkəzidir. Bakı şəhəri qərb mədəniyyətli şəhərdir və əcnəbi çalışanlar daha çox bu şəhərdə toplanmışdır. Xidmət sferası və infrastruktur quruculuğu son illərdə daha çox inkişaf etmişdir.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası bines qurulması baxımından cəlbedici mühiti olan ölkə kimi xarakterizə edilir, beynəlxalq biznes reytinqlərində irəliləmə də buna dəlildir.
Biznesin yaradılması və Azərbaycan Resublikasının daxilinə inteqrasiyası üçün əməkdaşlığa hazırıq və aşağıdakı xidmətləri təklif edirik:
Investisiya analizi – maliyyə aktivlərinin, sektorlarının və tendensiyalarının bir çox müxtəlif aspektlərini əhatə edən qiymətləndirilmə;
Biznes plan – biznesin gələcək hədəflərini və onlara nail olmaq üçün strategiyanı müəyyənləşdirilməsi;
Hədəf kütlə araşdırması – əmtəənin və ya xidmətlərin satılması planlanan alıcı kəsimin araşdırılması;
Rəqiblərin araşdırılması – rəqiblərin, habelə, bu rəqiblərin keçmiş və mövcud strategiyalarının, güclü və zəif tərəflərinin müəyyən edilməsi;
Bazar seqmentasiyası – potensial müştərilərin müəyyən edilməsi və bu müştərilərin müəyyən xüsusiyyətlər əsas götürülərək müxtəlif qruplara və seqmentlərə bölünməsi;
Bazar trendləri analizi – bazarın necə formalaşdığının, necə böyüdüyünün və gələcək inkişaf yolunun təhlili;
SWOT təhlili – daxili güclü və zəif cəhətlərin, eləcə də xarici imkanların və təhdidlərin təhlili;
Marka möhkəmliyinin təmini – istehlakçıların istifadəsi baxımından marka barədə düşüncələrinin öyrənilməsi, həm də rəqabət nöqteyi nəzərindən marka sağlamlığının və davamlılığının təmini;
Sistemli məlumatların toplanması – sualların cavablandırılması və çıxarların müəyyənləşdirilməsi baxımından hədəf olaraq müəyyən edilmiş parametrlərin dəyişməsinin izlənməsi;