Satın alan tərəfin subyekt mənsuiyyətindən asılı olaraq Azərbaycan Respublikasında iki növ satınalma mövcuddur: Dövlət və Özəl satınalma
Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunu Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), habelə, nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması əməliyyatlarına şamil edilir.
Özəl müəssisələr tərəfindən Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) satınalınması Azərbaycan Respublikasının mülki qanunvericiliyinin qaydaları ilə tənzimlənir.
Hər iki tender oxşar prosedurlar üzrə həyata keçirilir – ön yetərlilik sorğusu, tenderə dəvət, qiymət üzrə sorğu, kotirovka sorğuları, məlumat üçün sorğu, təklif üçün sorğu və s. Çox cəlbedici görünsə də özəl və ya dövlət tenderləri üzrə prosedurlar mürəkkəb, vaxtaparan və həssas yanaşma tələb edən ola bilər.
Bizim mütəxəssislər bütün biznes sahələrində – özəl və dövlət tenderlərində, satınalmalarında geniş iş təcrübəsinə malikdirlər və bizim məsləhət və xidmətlərimiz sizin üçün faydalı ola bilər.
Aşağıdakı xidmətləri təklif edirik:
- Tender və tender materiallarının tədqiqi;
- Tender prosedurlarının nəzərdən keçirilməsi;
- Müqavilələrin hazırlanması;
- Seçim mərhələsinin nəzarətdə saxlanması;
- Təklif şərtlərinin tender və ya satınalma tələblərinə adekvat olmasının təmin olunması;
- İddiaçıların qiymətləndirilməsi ilə bağlı sənədlərin izlənməsi;
- Müzakirələrin və mümkün münaqişələrin idarə edilməsi;